Niyə zəlzələ Türkiyədə 10, bizdə 12 balla ölçülür?

# 16:21
16 fevral 2023

Son günlər zəlzələ Türkiyə, İran, Suriyanı ağuşuna alıb.

 

Gördüyünüz bu yerlə bir olan binalar, dağıntılar altında xilas olunmağı gözləyən insanlar, yarımçıq qalan həyatlar zəlzələnin gətirdiyi faciədir. Əsasən də Türkiyə əsrin fəlakətini yaşayır.

 

Türkiyədə fevralın 6-da yerli vaxtla səhər saat 04:17-də Kahramanmaraşda baş verən və Türkiyənin ən azı 10 vilayətinə təsir edən 7.7 bal gücündə, daha sonra 13:24-də Kahramanmaraşın Elbistan rayonunda baş verən ikinci 7.6 bal gücündə zəlzələ on minlərlə insanın ölümünə səbəb oldu.

 

Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarəedilməsi Agentliyi (AFAD) əvvəlcə zəlzələnin 7.4 bal gücündə olduğunu bildirsə də, hesablamanı yenidən apararaq təkanın gücünün 7.7 olduğunu açıqladı. Bəs zəlzələnin episentri, böyüklüyü, şiddəti necə ölçülür? Zəlzələnin ölçülməsində hansı sistemdən istifadə edilir?

 

Mütəxəsisin sözlərinə görə, Türkiyə ilə ölkəmizdə zəlzələnin  şiddətinin ölçülməsi fərqlidir. Yəni Türkiyədə 10 bal gücündə hesablanan zəlzələ bizdə 12 bal hesablanır.

 

Türkiyənin Kahramanmaraş bölgəsində böyük dağıntılara səbəb olan zəlzələdən 3 gün əvvəl zəlzələ mütəxəssisi Frank Hoogerbeets bu barədə sosial media hesabında paylaşım etmişdi. Bəs insanlara əsrin fəlakətini yaşadan bu təbii hadisəni  əvvəlcədən proqnazlaşdırmaq mümkündürmü?

 

Qeyd edək ki, zəlzələnin gücünün ilk ölçü sistemi 1935-ci ildə ABŞ seysmoloqları Charles Richter ve Beno Gutenberg tərəfindən hazırlanıb və 1936-cı ildə istifadə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR