Nizaməddin Quliyev və Ramiz Tatarovla bağlı YENİ QƏRAR

# 13:10
23 fevral 2022

Ağstafa Rayonunun həbsdə vəfat edən sabiq icra başçısı Nizaməddin Quliyevin cinayət işi üzrə verilən apellyasiya şikayətinə baxılıb.

 

APA-nın əldə etdiyi məlumata görə, Gəncə Apellyasiya Məhkəməsində keçirilən prosesdə hüquqi varis kimi sabiq icra başçısının qardaşı Cəlaləddin Quliyev iştirak edib.

 

Məhkəmədə qərar qəbul edilib. Qərara əsasən, cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.

 

Sabiq icra başçısı ilə birgə həbs olunmuş müavini Ramiz Tatarovun da apellyasiya şikayətinə baxılıb. Gəncə Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Ramiz Tatarova Cinayət Məcəlləsinin vəzifə saxtakarlığı maddəsi üzrə bəraət verilib.

 

Yekun olaraq Ramiz Tatarovun cəzası 3 ay azaldılıb. Onun üzərində qəti olaraq 8 il 3 ay cəza saxlanılıb.

 

Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq icra başçısı Nizaməddin Quliyev 9 il, onun müavini olmuş Ramiz Tatarov isə 8 il 6 ay azadlıqdan məhrum edilmişdi.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR