Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş Beynəlxalq konfrans keçirilib

# 19:02
15 noyabr 2021

Gəncə Dövlət Universitetində Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş Beynəlxalq konfrans keçirilib.

APA TV-nin yerli bürosu xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə dahi şairin məqbərəsini ziyarət ediblər. Burada Nizami Muzeyi ilə yaxından tanış olan qonaqlara şairin həyat və yaradıcılığından bəhs edilib.

Daha sonra Universitetdə çıxış edənlər əsərlərində insanları daim sülhə, sabitliyə səsləyən dünya şöhrətli şair və mütəfəkkir Nizami Gəncəvi ili çərçivəsində keçirilən bu konfransın əhəmiyyətindən danışıb. Diqqətə çatdırıb ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir.

Türkiyə Respublikasının Gəncədəki Baş Konsulu Zeki Öztürk öz çıxışında iki qardaş ölkənin bütün sahələrdə, o cümlədən mədəni əlaqələrin genişləndirilməsində həyata keçirilən tədbirlərdən, dahi söz ustası Nizami Gəncəvinin Türkiyədə dərindən öyrənilməsi və tədqiq olunması sahəsində əldə edilən uğurlardan danışıb.

Qeyd edək ki, Gəncə Dövlət Universitetinin 5-ci tədris binasında yerləşən “Yunus Əmrə” adına mühazirə otağının, həmçinin universitetin əsas tədris binasında “Nizami Gəncəvi” adına konfrans zalının açılışları olub.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR