“Nobel” laueratı Aziz Sancar gənc alimlərimizlə görüşdü

# 19:01
1 dekabr 2021

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) İqtisadiyyat və Təhsil nazirlikləri o cümlədən, digər dövlət qurumları və özəl təşkilatlarla birgə UNEC İqtisadi Forumu keçirir.

 

APA TV xəbər verir ki, bu gündən başlayaraq dekabrın 3-ə qədər keçiriləcək forum müstəqilliyimizin 30 illik yubileyinə həsr olunub. Tədbir şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan himninin səsləndirilməsi ilə başlayıb.

 

Forum rəqəmsal iqtisadiyyatın asanlaşdırılması kimi post-pandemiya dövrü üçün müəyyən edilmiş mərhələləri əks etdirəcək. Tədbirin gündəliyi Azərbaycanın bir sıra sosial-iqtisadi transformasiyalarını və keçdiyi müstəqillik yolunu əhatə edəcək.

 

UNEC İqtisadi Forumu çərçivəsində Nobel mükafatı laureatı Aziz Sancarın alimlərlə görüşü keçirilib: “Türk dünyasında elmin inkişaf etdirilməsi üçün bütün türk dövlətlərinin elmə öncəlik verməsi və yatırım etmələri lazımdır. Elm adamlarına şərait qurmaq və türk elm adamlarının ortaq şəkildə çalışmasını təşkil etmək lazımdır”.

 

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov bildirib ki, görüşdə Azərbaycanın gələcəyini təmin etmək gücündə olan gənc tədqiqatçılar, beynəlxalq olimpiadalarda qalib olan yuxarı sinif şagirdləri, ali təhsil müəssisələrində bilik və bacarıqları ilə fərqlənən 50-yə yaxın şəhid övladı iştirak edir: “Bizim artıq ilk görüşümüz Nobel Mükafatı Laureatı Aziz Sancarla başa çatdı. Aziz Sancarla gənc tədqiqatçıların, olimpiyada qalibi olan şagirdlərin, eləcə də xüsusilə fərqlənən şəhid övladlarının görüşünü təşkil etdik. Bu tədbir gənc tədqatçıların uğura aparan yolunda Nobel Mükafatçısının tövsiyələrini dinləməyə həsr edilmişdi”.  

 

Forumda 5 panel üzrə 30-dək spiker və moderatorun iştirakı ilə müzakirələr keçiriləcək. Panellərdə “Azərbaycanın gələcək inkişaf strategiyası: qlobal trendlər və yerli faktorlar”, “Post-pandemiya dövründə elm və təhsil”, “İqtisadiyyatın rəqəmsal transformasiyası: Yeni çağırışlar, yeni imkanlar”, “Post-pandemiya dövründə biznes transformasiyası”, “Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya” mövzularında müzakirələr olacaq.

 

Forum iştirakçılarının dekabrın 4-də Qarabağa səfər etməsi nəzərdə tutulub.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR