“Nobel” sülh mükafatı ilə prezident İlham Əliyev təltif olunmalıdı - Əli Hüseynli

# 17:32
21 dekabr 2021

Dekabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tərəfdaşlığı ilə "Azərbaycanın inkişaf modeli: "Dünən, bu gün və sabah" mövzusunda konfrans keçirildi.

 

Konfrans prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevlə bağlı sənədli filmin nümayişi ilə başlayıb.

 

Yeni Azərbaycan Partiyası sədrinin müavini - YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov konfransda çıxış edərək, ölkə başçısının fəaliyyətindən, aparılan islahatlardan və Azərbaycanın son illər əldə etdiyi uğurlardan danışıb.

 

O əlavə edib ki, Azərbaycanın hərbi gücünün, iqtisadi potensialının, qlobal arenada siyasi nüfuzunun və çəkisinin artması beynəlxalq mövqeyinin möhkəmlənməsi milli həmrəyliyinin xalq-lider həmrəyliyinin təmin olunması, ərazi bütövlüyümüzün bərpasında tarixi qələbənin qazanılmasında həlledici amildir: “Göründüyü kimi müstəqil Azərbaycan böyük, Heydər Əliyev yolunun müzaəffər davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə strateji hədəflərinə doğru addım-addım irəliləyir. Müstəqillik prinsiplərinə əsaslanan və milli maraqların qorunması məqsədinə xidmət edən siyasətin ardıcıl və sistemli şəkildə davam edilməsi  Azərbaycanın qarşısında duran yeni perspektivlərin açılması deməkdir. Azərbaycan Respublikasının Prezidenti partiyamızın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələrə doğru bu şərəfli yolda hər birinə uğurlar arzulayıram”.

 

Daha sonra çıxış edən Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli ölkə başçısının müasir müsəlman və türk dünyasının parlaq şəxsiyyəti olduğunu qeyd edərək, Prezident İlham Əliyevin xalq tərəfindən seçilmiş xüsusi təyinatlı rəhbər olduğunu söylədi: “Əgər Qərb dünyası siyasi konyukturanı kənara qoya bilsəydi, növbəti “Nobel” mükafatı ilə məhz prezident İlham Əliyev təltif olunardı. Çünki Qarabağ işğaldan azad olunmaqla təkcə Ermənistan-Azərbaycan konfliktinə son qoymadı, bütövlükdə Qafqaza və regiona sülh gətirdi. O böyük dövlətlərin təmsil olunduğu təşkilatların 30 ilə edə bilmədikləri təkbaşına etdi. Amma daha vacib odur ki, müsəlman və türk xalqlarının qəlbində Prezident İlham Əliyev daha böyük yerə layiq görüldü”.

 

Tədbirdə "Azərbaycanın iqtisadi inkişaf modeli" mövzusunda çıxış edən İqtisadi İslahatların Təhlil və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı ölkənin son vaxtlar daha da artan iqtisadi gücündən danışıb. O qeyd edib ki, Azərbaycan ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə torpaqları azad etməklə eyni zamanda, regionun təhlükəsizliyini təmin edib ki, bu da öz növbəsində riski aşağı salır və mənfəəti artır.

 

"Azərbaycan diplomatiyasının uğuru" mövzusunda çıxış edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qüdrətli dövlətə çevrildiyini vurğulayıb. O, çıxışında dekabrın 14-də Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin Avropa İttifaqı Şurasının Prezidenti ilə birgə keçirdiyi görüş zamanı imzalanan bəyanatları Azərbaycanın qələbəsinin bütün dünyaya qəbul etdirilməsi olduğunu bildirib.

 

“Azərbaycanın yeni mədəniyyət strategiyası” mövzusunda çıxış edən mədəniyyət naziri Anar Kərimov qeyd edib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dünyada iqtisadi və siyasi çəkisi olan bir dövlətə çevrilib. O, çıxışında əcdadlarımızın irsinin qorunması və dünyaya çatdırılmasında Birinci vitse-prezident Mehriban Əliyevanın böyük rolu olduğunu da qeyd edib.

 

Konfransda energetika naziri Pərviz Şahbazov “Azərbaycanın enerji təhlükəsizliyi”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov “Azərbaycanın inkişaf modeli və davamlı inkişaf”, Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov “Azərbaycanda innovativ inkişaf və əqli mülkiyyət hüquqları” mövzularında çıxış ediblər.

 

Tədbirin sonunda Nurlan Qələndərlinin ölkə başçısına həsr olunan “Böyük yolun Müzəffər davamçısı” kitabı təqdim edildi.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR