Növbəti Ermənistan-Azərbaycan müharibəsi? – Paşinyan ordunu gücləndirir

# 16:42
23 yanvar 2024

Ermənistan 2024-cü ildə müdafiə xərclərini 2020-ci ilə nisbətən 81 faiz artırmağı plan¬laş¬dı¬rır. Bu barədə Ermənistan Maliyyə Nazirliyinin “Facebook” səhifəsində yazılıb. Qeyd olunub ki, hökumət 2024-cü il büdcəsində müdafiə sahəsinə 557 milyard dram vəsait ayırıb. Yerli medianın məlumatına görə, bu, Ermənistanın 2020-ci il müdafiə xərc¬ləri ilə müqayisədə 81 faiz çoxdur. Bu rəqəm 2023-cü ilin müdafiə xərclərindən 6 faiz çoxdur. Digər tərəfdən, Ermənistan Müdafiə Na¬zirliyi ordu üçün nəzərdə tutulan yeni hərbi geyimlərin NATO standartı əsasında hazırlanacağını açıqlayıb. Nazirlik rəsmiləri Ermənistanın mü¬dafiə naziri Suren Papikyanın noyabr ayında Milli Assambleyada bu məsələ ilə bağlı açıqlama verdiyini xatırladıb və sovet-rus standartlı formaların dəyişdirilməsi məsələsində “bir sıra beynəlxalq tərəfdaşlarla” danışıqlar prosesinin davam etdiyinə diqqət çəkib: "Biz yeni hərbi geyimlərin seçimində NATO meyarlarına və beynəlxalq təcrübəyə əsaslanırıq. ABŞ, Fransa, Yunanıstan və Çexiya ordularında keçərli olan geyim nümunə¬ləri tərəfimizdən yoxlanılıb". Nazirlik rəsmiləri bildiriblər ki, geyim formasının dəyişdirilməsi prosesi başa çatdıqdan sonra hərbi geyimlərin satışını rəsmən qadağan edən qanun layihəsi parlamentə təqdim olunacaq. Xatırladaq ötən il yanvarın 16-da İrəvanın hakim “Mülki Müqavilə” fraksiyasından olan deputatı, parlamentin Müdafiə və təhlükəsizlik komissiyasının üzvü, general-leytenant Qaqik Melkonyan Rusiyadan silah alışı barədə məlumat vermişdi. Onun sözlərinə görə, bu yaxınlarda hərbi təyinatlı məhsullar Rusiya ilə imzalanmış müqavilə çərçivəsində Ermənistan tərəfinə verilib. Qeyd edək ki, Ermənistanın “168 Zham” nəşri araşdırma məqaləsində ölkənin dövlət borcunun son illər sürətlə artdığını və büdcənin demək olar ki, boşaldığını yazıb. Məqalədə bildirilir ki, hökumət təkcə bu il 2 milyard dollar borc qaytarmalıdır: Nəşrdə əlavə olunub ki, hökumətin ümumi borcu 13 milyard dollara yaxınlaşır. Ermənistanın Baş naziri Nikol Paşinyan ötən il Parlamentdəki çıxışında müdafiə xərclərinin artırılmasının Azərbaycana qarşı yönəlmədiyini demişdi. “Bu, müharibəyə deyil, sülhə hazırlıqdır, çünki vətəndaşların təhlükəsizliyinin təmin edilməsi sülh və sabitliyin ən mühüm təminatıdır. Biz heç kimə hücum etmək niyyətində deyilik. Əminəm ki, bütün qonşu dövlətlər də bunu anlayışla qarşılayır”, deyə Paşinyan fikrini tamamlamışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR