O, hamıdan seçilirdi, şəhidliyi də elə oldu
Qarabağda keçirilən antiterror tədbirləri zamanı şəhid olan Əliyev Sərxan Rabil oğlu 2003-cü ildə Neftçala şəhərində doğulub. Yaxınları bildirir ki, uşaq yaşlarından nizam – intizamına görə həmişə öz yaşıdlarından seçilirdi. Şəhər 3 saylı tam orta məktəbi bitirən Sərxan Əliyev 2021-2023-cü illərdə həqiqi xidmətdə olub. Bu ilin aprel ayından isə müddətdən artıq xidmətini davam etdirib. Ürəyində daşıdığı böyük vətən sevgisi onu hərb sənətinə bağlayıb. Qeyd edək ki, Sarxan Əliyev ailənin iki oğul övladından biri idi. Subay idi. Allah rəhmət eləsin! Əlibəy Zeynallı, Elçin Həsənov, APA TV
DİGƏR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”