Ödəniş tələb edən sürücünü sərnişin döydü - XIRDALANDA

# 16:32
29 aprel 2021

Xırdalanda sərnişin avtobus sürücüsünü döyüb.

 

APA TV xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə video yayılıb.

 

Belə ki, 119 saylı avtobusa arxa qapıdan daxil olan sərnişinə sürücü ödəniş etməsini bildirib.

 

Bunu qəbul etməyən sərnişin sürücüyə hücum edərək ona yumruqla zərbə endirərək bədən xəsarətləri yetirib.

 

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat verilib, araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR