Odun sobası məktəbdə yanğına səbəb oldu
Bərdədə orta məktəbdə yanğın baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Bərdə rayonun Əyricə kəndində yerləşən Ağdam 94 saylı köçkün orta məktəbində qeydə alınıb. Məktəb binasının ikinci mərtəbəsində yaşayan məcburi köçkün ailəsinin qaldığı otaq yanıb. Hadisə şahidlərinin bildirdiyinə görə, yanğının baş vermə səbəbi odun sobası olub. Ev sahibi baş verənləri bu cür xatırlayır.
Dam örtüyündə 30 kv metr ərazi yanıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Yanğınsöndürənlərin müdaxiləsindən sonra alovun qarşısı alınıb. Məktəbin direktoru bildirib ki, yanğın zamanı tədris otaqlarına heç bir ziyan dəyməyib.
Hazırda faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu