Oğurluq edən qadını tutdular
Bakıda oğurluq edən qadın saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, müxtəlif vaxtlarda Yasamal rayonu ərazisində üç mağazadan ümumilikdə 960 manat pul, gözəllik salonlarının birində isə işçinin çantasından içərisində 1550 manat, sənəd, bank kartları və mobil telefonu olan cüzdanı oğurlanıb.
Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluq və soyğunçuluğa görə məhkum olunmuş S.Ağayeva müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir