Oğurluq edən şəxslər saxlanılıb - BİRİ NARKOTİK DƏ SATIR

# 04:15
28 oktyabr 2021

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq edən iki nəfər şəxs saxlanılıb.

 

Şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə rayon ərazisində yerləşən iki fərdi yaşayış evindən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Rəşad Rəşid oğlu Həsənov və Sabirabad rayon sakini, 1992-ci il təvəllüdlü  Tural Ağaqulu oğlu Şotayev saxlanılıblar.

 

Həmin şəxslərin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onların digər cinayət əməllərinin üstü də açılıb.  Belə ki, T.Şotayevin ətrafında aparılan tədbirlərlə onun Bakı şəhəri ərazisində yerləşən mağazaların birindən 1310 manat pul oğurladığı, R.Həsənovun isə narkotik maddələrin satışı ilə məşğul olduğunu müəyyən edilib.

 

Qeyd edək ki, oğurluq edilən fərdi yaşayış evlərindən biri şəhid ailəsinə məxsus olub.

 

Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməllərini etiraf ediblər.

 

Faktlarla əlaqədar Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR