Oğuza dəfnə gedənlər Şəkidə yol qəzasına düşdü: YARALILAR VAR
Mingəçevir sakinləri Şəkidə yol qəzasına düşüb.
Belə ki, Mingəçevir şəhər sakinin idarə etdiyi "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan dörd nəfər xəsarət alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralılardan bir nəfərin vəziyyətinin ağır olduğu bildirilir.
Əldə edilən məlumata görə, Mingəçevir sakinləri Oğuza dəfn mərasiminə gedirlərmiş.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib