Oğuzda dəhşət: Kənd sakini həmkəndlisini güllələyib, meşədə basdırdı

# 16:07
14 sentyabr 2023

Oğuz rayonunda qətl hadisəsi baş verib. Hadisə rayonun Mollalı kəndi yaxınlığındakı meşəlik ərazidə baş verib. Məlumata görə, Mollalı kənd sakini, 1990-cı il təvəllüdlü Toğrul Söhbət oğlu Kərimov həmkəndlisi 1992-ci il təvəllüdlü Pərvin Əlfəddin oğlu Məmmədov ilə pul borcu üstündə mübahisə edib. 3 gün əvvəl həmkəndlilər meşəlik əraziyə gedib, borc məsələsinə aydınlıq gətirmək istəyiblər. Meşədə onların arasında əlbəyaxa dava düşüb. Mərhum Toğrul Kərimov hadisə baş verən ərazidəki boş xəndəyi Pərvin Məmmədova göstərərək deyib ki, səni öldürüb bu qəbirdə basdıracağam. Onların arasında baş verən dava zamanı Pərvin Məmmədov Toğrul Kərimovun əlindən ov tüfəngini götürərək onu güllələyərək öldürüb. Daha sonra Pərvin Məmmədov özü üçün qazılmış qəbirdə Toğrul Məmmədovu basdıraraq hadisə yerindən gedib. Cinayətdə işlətdiyi Toğrul Kərimova məxsus ov tüfəngini isə hadisə baş verən ərazinin yaxınlığındakı kanalda basdırıb. 31 yaşlı Pərvin Məmmədov bu gün səhər saatlarında əmisi ilə birgə Oğuz Rayon İcra Hakimiyyətinin Mollalı kənd üzrə nümayəndəliyinə gələrək üç gün əvvəl qətl törətdiyi barədə məlumat verib. Daha sonra o, polisə təslim olub. Sentyanrın 14-ü saat 09 radələrində Oğuz rayonunun Mollalı kəndindəki meşəlik ərazidə 1990-cı il təvəllüdlü Toğrul Söhbət oğlu Kərimovun meyitinin aşkarlanması barədə polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, ilkin araşdırma zamanı Toğrul Kərimovu 3 gün əvvəl odlu silahla öldürüb, torpağa basdıran şəxsin 1992-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Məmmədov Pərvin Əlfəddin oğlu olduğu müəyyən edilib. O, könüllü şəkildə ərazi polis orqanına gələrək təslim olub. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, 31 yaşlı Pərvin Əlfəddin oğlu Məmmədov əvvəllər məhkumluq həyatı yaşayıb. Vüqar Heydərov, Əhməd Fərruxoğlu, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR