Oğuzda göldə balıq tutan 63 yaşlı kişi boğularaq ölüb
Oğuzda göldə balıq tutan 63 yaşlı kişi boğularaq ölüb.
APA TV-nin məlumatına görə, hadisə aprelin 25-i axşam saatlarında rayonun Qarabulaq kəndinin inzibati ərazisində baş verib.
Rayonun Böyük Söyüdlü kənd sakini, 63 yaşlı Vasilkov Aleksey Aleksandroviç ərazidən axan Türyançayın hövzəsində yaradılmış süni göldə balıq tutarkən ehtiyatsızlıqdan suya yıxılıb. Nəticədə Aleksey Vasilkov suda boğularaq ölüb. Aleksey Vasilkovun meyiti sudan çıxarılıb. Aleksey Vasilkovun ölümünün dəqiq səbəbini aydınlaşdırmaq və meyit müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Oğuz rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib