Oğuzda güclü yanğın: 82 YAŞLI QADIN ÖLDÜ
Oğuzda fərdi yaşayış evində yanğın baş verib.
APA TV-nin şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Şirvanlı kəndində qeydə alınıb.
Kənd sakini, 82 yaşlı Həcər Yusif qızı Əhmədovaya məxsus, ümumi sahəsi 70 kvadratmetr olan fərdi yaşayış evində baş verən hadisə zamanı evin yanar konstruksiyaları əşyaları ilə birlikdə yanıb.
Yanğının söndürülməsi üçün əraziyə Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib.
Yanğın kəşfiyyatı zamanı ev sahibi 82 yaşlı Həcər Əhmədovanın yanaraq öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir