Oksigen maskaları açıldı, sərnişinlər TƏŞVİŞDƏ
Ötən gün AZAL-ın Naxçıvandan Bakıya uçan təyyarəsində həyəcanlı anlar yaşanıb.
“Azərbaycan Hava Yolları"nın yaydığı rəsmi məlumata görə, aviaşirkətin Naxçıvan-Bakı reysi (J2-256) üzrə uçan təyyarəsinin göyərtəsində salonun hermetikliyinin pozulmasını göstərən sensorun işə düşməsi nəticəsində oksigen maskaları açılıb.
Məlumata görə, təyyarə yerli vaxt ilə saat 20:01-də ştat rejimində Heydər Əliyev Beynəlxalq Hava Limanına uğurla eniş edib.
Qeyd edək ki, hadisə zamanı sərnişinlərin təyyarənin içindən çəkdiyi fotolar sosial şəbəkələrdə yayılıb.
DİGƏR XƏBƏRLƏR
Ağdamda Şeyx Seyyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş konfrans keçirilib
Fərid Şəfiyev Orta Dəhlizlə bağlı vacib məqamları açıqladı
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak etdi