Bank Of Baku

Oktyabrın ilk günü üçün hava proqnozu açıqlanıb

# 14:12
30 sentyabr 2020

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə  qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. 

 

Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz  21-24, Bakıda gecə 13-15, gündüz 22-24 dərəcə isti olacaq.

 

Atmosfer  təzyiqi 764 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz  olacaq. 

 

Oktyabrın 1-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Arabir  duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 12-17, gündüz 20-24, dağlarda gecə 4-8, gündüz  9-13 dərəcə  isti olacaq.  

 

Tibbi-meteoroloji proqnoza görə, oktyabrın 1-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR