“Öləcəkdim, 2 balam da yetim qalacaqdı” - Bakının mərkəzində hadisə
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi Fəridə Aslanova Bakının mərkəzində ölümlə üzləşib.
APA TV xəbər verir ki, hadisə barədə mətbuat katibi öz feysbuk hesabında paylaşım edib.
Onun sözlərinə görə, “Sahil” metrosunun yaxınlığından keçərkən baş verib. “Binanın sonuncu mərtəbəsinin eyvanından qopan daşlar başıma düşəcəkdi, öləcəkdim, 2 balam da yetim qalacaqdı”, - deyə o yazıb.
Çox qorxduğunu bildirən mətbuat katibi binanın fasadına, eyvanına ciddi baxış keçirilməlidir deyə əlavə edib.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib