Ölən şəxsin pensiyasını kimlər ala bilər? - On minlərlə manat hara gedir?

# 17:40
17 dekabr 2022

Bəli, mözumuz  Azərbaycanda vətəndaş pensiya yaşına çatmamış vəfat edərsə, onun sığorta hesabında yığılan pensiya kapitalının sonrakı aqibəti ilə bağlıdır. Yəni vətəndaş illərlə  işləyir, çalışır. Tale elə gətirir ki, o pensiya yaşına çatmamış vəfat edir. Nəticədə də  onun vərəsəsi mərhumun sığorta hesabında yığılan pensiya kapitalının nəinki miqdarından, hətta o vəsaitin ona məxsusluğundan belə bixəbər olur.

 

Ümumiyyətlə maraqlıdır Azərbaycanda vətəndaş pensiya yaşına çatmamış vəfat edərsə , onun sığorta hesabında yığılan pensiya kapitalı vəfat edənin ailə üzvlərinə verilirmi? Və ya həmin kapitaldan istifadə hansı halda mümkündür?

 

Dövlət Sosial Müdafiə Fondundan suallarmıza cavab olaraq bildirildi ki, şəxsin hesabına toplanan pensiya kapitalı o dünyasını dəyişdiyi halda, ailə üzvlərinin sosial təminatı üçün istifadə olunur. Hətta pensiyaların indeksasiyası nəticəsində baş verən artımlar qeyd edilən bu pensiyalara da şamil olunur.

 

Amma ekspertlər isə bunun əksini deyirlər. Onların sözlərinə görə, toplanmış pensiya kapitalının vəfat edən vətəndaşın ailə üzvlərinə və yaxud da vərəsələrinə verilməsi ilə bağlı bir mexanizm yoxdur. Çünki bununla bağlı mövcud qanunvericilikdə boşluqlar var.

 

İqtisadçı ekspert əlavə edib ki, 2023-cü ilin dövlət büdcəsində pensiya təyinatı ilə bağlı mexanizmlərin dəyişdiriləcəyinə aid maddələrə rast gəlinmir.

Belə çıxır ki, mövcud anlaşılmazlığın aradan qaldırılması üçün qanunvericilikdə daha dəqiq müddəaların olmasına ehtiyac var. Bəs belə bir addımın atılması gözlənilirmi?

Milli Məclisin Əmək və Sosial Siyasət  Komitəsinin sədri Musa Quliyev sorğumuza cavab olaraq bildirdi ki, parlamentdə belə bir layihə müzakirəyə çıxarılmayıb.

 

Bax belə... 65 yaşa qədər ölməməyə çalışın.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR