Ölkə ərazisində sabah hava necə olacaq? - PROQNOZ AÇIQLANDI
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən məlumata görə, cənub küləyi əsəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 31-36° isti, Bakıda gecə 20-22° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 748 mm civə sütununa enəcək. Nisbi rütubət 40-50 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 32-37° isti, dağlarda gecə 8-13° isti, gündüz 20-24° isti olacaq.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu