Ölüm təhlükəsi yaradan piyada keçidləri - NİYƏ TƏDBİR GÖRÜLMÜR?

# 17:25
19 noyabr 2021

Ucar rayonunun mərkəzi küçələrinin piyada səkilərinə əkilən şam ağacları ciddi problem yaradır.

APA TV-nin yerli bürosunun xəbərinə görə, Ucar rayonunun Azərbaycan, Oğuz və Heydər Əliyev prospektində piyadalar üçün nəzərdə tutulan səkilərə əkilən ağaclar ərazidən istifadə edən insanlara əməlli-başlı ölüm təhlükəsi yaradır. Piyadaların təhlükəsiz hərəkəti üçün yol boyu beton səkilər quraşdırılsa da, həmin səkilərin üzərində ağacların əkilməsi görülən işləri kölgədə qoyur. Belə ki, ağacların qol-budağı insanların gediş-gəlişinə mane olduğu üçün məcburiyyət qarşısında qalan piyada, nəqliyyatın hərəkəti üçün nəzərdə tutulan yolun hərəkət hissəsinə çıxmalı olur ki, buda piyadaların vurulması və ya digər yol qəzalarını qaçılmaz edir.

Sakinlər deyir ki, adı çəkilən ərazilərdə dəfələrlə piyadanın vurulması ilə nəticələnən yol qəzaları baş verib. Əgər səkilər boş olarsa, biz yolun hərəkət hissəsinə çıxmarıq və piyada vurmalarda baş verməz. Səkilərdə yaranmış problem piyadalarla yanaşı sürücüləri də narahat edir. Sürücülər deyir ki, əsasən də gecə vaxtı və yağışlı havada  rayonun mərkəzi küçələrində maşın sürmək çox çətinləşib. Beləki havanın qaranlıq vaxtı qəflətən qarşında piyada peyda olur. Buda edir. 

Müsahiblərim də qeyd etdilər ki, piyada səkilərinə ağac əkmək düzgün deyil. Səkilərdən rahat istifadə edə bilmirik. Bunu rayon rəhbərliyi də görür, amma heç bir tədbir görülmür. Məsələyə münasibət bildirən Şəhər icra nümayəndəsinin müavini İlham Rüstəmov məsələdən xəbərdar olduğunu bildirib.

Qeyd edək ki, gün ərzində həmin səkilərdən, xüsusən, məktəblilər, onların valideynləri, velosipedçilər və digər piyada kateqoriyasından olan şəxslər mütəmadi şəkildə istifadə edir. Daha doğrusu istifadə etməyə çalışır.

 

 

Zahid Abışov,

Devran Əsgərov,

APA TV

    

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR