Bank Of Baku

Ombudsman: “Cinayətkarlar ədalət məhkəməsi qarşısına çıxarılmalıdır”

# 15:11
18 iyun 2022

“Ermənistan işğal dövründə qadınlarımıza və uşaqlara qarşı cinayətlər törədib. İnsanlarımızın məcburi köçkün vəziyyətinə düşməsinə görə artıq beynəlxalq məhkəmə çağırılmalıdır”. APA-nın xəbərinə görə, bunu IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “XXI əsrdə insan hüquqları, demokratiya və yeni çağırışlar” mövzusundakı paneldə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva bildirib. Səbinə Əliyeva deyib ki, ölkəmizə qarşı, ətraf mühitin çirkləndirilməsinə dair bir sıra hesabatlar da hazırlayıblar: “Hesab edirəm ki, beynəlxalq təsisatlar bunları ciddi şəkildə araşdırmalıdır və cinayətkarları ədalət məhkəməsi qarşısına çıxarmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR