“Omicron”a yoluxanların vəziyyəti necədir?
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.
APA TV xəbər verir ki, məlumatda deyilir: "Koronavirusun "Omicron" ştamına yoluxan şəxslərin səhhətində ağırlaşma halları müşahidə olunmur. Ölkə xaricindən gələn şəxslərdən götürülmüş nümunələrdən 12-sində SARS-CoV-2 21K "Omicron" variantı aşkarlanıb. Hazırda həmin şəxslərin vəziyyəti stabildir, evdə müşahidə altındadırlar. Sözügedən ştama yoluxmuş 12 nəfərin 8-indən götürülmüş təkrar test nümunələri mənfi nəticələnib və bu barədə məlumat “e-tabib” sistemində yer alıb.
Epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün virusun genetik variantlarına dair mütəmadi analizlər aparılır".
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi