Ömrünün 36-cı payızında şəhid olan Tural Ağcabəyovun döyüş yolu - APA TV

# 02:03
7 oktyabr 2023

Qarabağda keçirilən antiterror tədbirləri zamanı şəhid olan hərbi qulluqçumuz Tural Ağcabəyov Xaçmaz rayonun Manafoba kəndində doğulub, böyüyüb. Şəhidimizin nəşi elə doğma kəndində - Manafoba kəndində dəfn edilib. Tural Ağcabəyov 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. Ötən il sentyabrında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatların qarşısını alarkən yaralanıb. Tural Ağcabəyov 7 il idi ki, Azərbaycan ordusunda xidmət edirdi. Ömrünün 36-cı payızında şəhidlik zirvəsinə ucalan Tural Ağcabəyov ailə olub, iki oğul, bir qız atası idi. Allah rəhmət eləsin!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR