Onlar da Azərbaycanın antiterror tədbirini dəstəklədilər

# 17:55
21 sentyabr 2023

Milli Məclisdə Asiya Parlament Assambleyası (APA) Sosial və mədəni məsələlər üzrə daimi komitənin iclası keçirilir. İclasda Milli Məclisin sədri Sahibə Qafarova, Bəhreyn, Fələstin, İndoneziya, İran, İraq, Kamboca, Küveyt, Pakistan, Qazaxıstan, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Tayland, Tacikistan, Türkiyə və Asiya Parlament Assambleyasının Katibliyinin nümayəndə heyəti iştirak ediblər. Tədbirdə çıxış edən Assambleyanın Baş katibi Muhammed Reza 2024-2026 illər üçün Azərbaycanın Asiya Parlament Assambleyasının sədrliyinə namizədliyini dəstəkləyib. O əlavə edib ki, çıxışında Azərbaycanın namizədlik təşəbbüsünü yüksək qiymətləndirib və uğurlar arzu edib. “Mən üzv ölkələrə Azərbaycanı dəstəkləmək üçün müraciət edirəm”, deyə, Baş katib Muhammed Reza vurğulayıb. Daha sonra çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova anti-terror tədbirləri barədə məlumat verib və əlavə edib ki, tədbirlərin məqsədi Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan ərazilərindən tərksilah edilərək çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsi və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpası olmuşdur. “Qarabağın işğal edilməsi bizləri təəssüfləndirdiyi kimi, artıq həmin ərazilərin işğaldan azad edilməsi bizi olduqca sevindirir”. Bunu isə çıxışında Asiya Parlament Assambleyasının sədrinin təmsilçisi və Türkiyə nümayəndə heyətinin rəhbəri Abdulkadir Emin Önen deyib. O əlavə edib ki, iki qardaş xalq olaraq biz bir-birmizi hər zaman dəstəkləyirik. Abdulkadir Emin Önen Azərbaycanın Asiya Parlament Assambleyasının sədrliyinə namizədliyini tamamilə dəstəklədiyini də ifadə edib. Qeyd edək ki, sentyabrın 21 və 22 –də keçirilən Asiya Parlament Assambleyası “Sosial və mədəni məsələlər üzrə daimi komitənin” Bakıdakı iclasında “Asiyada mədəni müxtəlifliyin təşviqi və mədəni irsi qorunması istiqamətində tədbirlər haqqında”, “İnformasiya və kommunikasiya texnologiyaları vasitəsilə Asiya inteqrasiyası haqqında”, Asiyada səhiyyə bərabərliyi üzrə əməkdaşlıq haqqında” qətnamə layihəsi və digər bir sıra qətnamələrə baxılacaq. Fuad Sadıqov Arif Əliyev APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR