Onlar "qabaqcadan planlaşdırılmış qətl törətməkdə" ittiham olunurlar
Keçmiş Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfinin sədri Sinan Ateşə sui-qəsd törətməkdə şübhəli bilinən 3 nəfər-Vedat B., Hakan S., Zekeriya A saxlanılıb.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, onların hər biri "qabaqcadan planlaşdırılmış qətl törətməkdə" ittiham olunaraq, həbs ediliblər.
Xatırladaq ki, bir neçə gün öncə Türkiyənin paytaxtı Ankarada Sinan Ateş və dostu Selman Bozkurta silahlı hücum edilib. Başından güllə yarası alan Sinan Ateş hadisə yerində ölüb, dostu Selman Bozkurt isə çiynindən yaralanıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu