Ordubad sakini 19 ildir heç bir sənədi olmadan yaşayıb
Doğulduğu gündən indiyə kimi valideynləri onun üçün heç bir sənəd almadığından o, 19 ildir sənədsiz yaşayır. Ordubad rayon Parağa kənd sakini Fərid Babayev 19 yaşı olmasına baxmayaraq nə bir doğum haqqında şəhadətnaməsi, nə bir şəxsiyyət vəsiqəsi var. Sənədləri olmadığına görə o, indiyə kimi vətəndaş kimi heç bir haqqından faydalana bilməyib. Şəxsiyyətini təsdiq edən sənədi yoxdur deyə təhsil ala bilməyib, yaşadığı kənddən başqa heç yerə gedə bilməyib. Fəridin sənədsiz böyüməyinin səbəbi onun evdə doğulmasıdır. Bu günə kimi varlığı ilə yoxluğu bilinməyən Fərid 19 yaşına çatandan sonra var olduğu hiss etmək istəyib. Övladlarının var olmaq istəyini reallaşdırmaq üçün valideynləri yenidən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə müraciət edirlər. Bundan sonra isə məsələyə DİN qarışır. İndi Fərid Babayevin bir arzusu var. İndi Fəridin valideynləri övladlarının təhsil almasına nail olmaq arzusundadırlar.
Ceyhun Məmmədov, Əli Xudiyev, APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu