Ordubadlılar ilaxır çərşənbəni belə qeyd edir
Ordubad rayonunda Novruz bayramına hazırlıq hələ fevral ayından - ilk çərşənbədən başlayır.
Çərşənbələr zamanı axşamlar evlərin həyətində tonqallar qalanır. Axır çərşənbə olan Torpaq çərşənbəsi – ordubadlıların “Yeddi ləvin” adlandırdıqları gün Novruzun yüksək məqamıdır.
“Yeddi ləvin” yeddi növ yemək deməkdir. Bu gün ordubadlılar bütün qonaqları təəccübləndirməyə çalışırlar. “Yeddi ləvin” günündə oğlan evi qız evinə şirni aparar.
“Yeddiləvin” günü süfrələrə cürbəcür nemətlər düzülür. Bu nemətlər, əsasən, 7 adda olmalıdır.
Martın 21-dən isə əhalinin bayram görüşləri başlayır. Əvvəlcə ev sakinləri bayramın ilk günü sübh tezdən oyanaraq evin böyüklərini təbrik edir. Bayram görüşlərinin əsas məqsədi hamının bir-birini yad etməsidir.
Torpaq çərşənbəniz mübarək!
DİGƏR XƏBƏRLƏR
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək