Ordumuzun giziri Qubada dəfn olundu

# 16:51
18 noyabr 2021

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, gizir Cabbarov Orxan Hətəm oğlu dəfn olunub.

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, şəhidin nəşi Qubaya gətirilib.

Şəhidlə vida mərasimində Quba Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Gizir Orxan Cabbarov rayonun Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Şəhidin atası Hətəm Cabbarov bütün şəhidlərlə və ordu ilə fəxr etdiyini deyib. “Lazım gəlsə mən özüm də müharibəyə getməyə hazıram. Ali Baş Komandan əmr versə mən də gedərəm. Fəxr edirəm, Allah bütün şəhid balalara rəhmət eləsin!”

Qeyd edək ki, Ermənistanın dövlət sərhədində təxribatları nəticəsində Ordumuzun 7 hərbi qulluqçusu şəhid olub, 10 hərbçimiz isə yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR