Ordumuzun iki zabiti qəzada faciəvi şəkildə öldü
Füzuli rayonu, Fin şəhərciyi yaxınlığında ağır yol qəzası baş verib.
1984-cü il təvəllüdlü Araz Fazil oğlu Nəzərovun idarə etdiyi “Mercedes” markalı avtomobil aşıb. Nəticədə sürücü və sərnişini, 1989-cu il təvəllüdlü İlkin İmdadlı hadisə yerində həyatlarını itiriblər.
Qəzada vəfat edən şəxslərin ikisi də Azərbaycan Ordusunun zabitləridir. Araz Nəzərov kapitan, İlkin İmdadlı isə baş leytenant rütbəsində xidmət edirmiş. Onlar Vətən müharibəsində də iştirak ediblər və medallarla təltif olunublar.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu