Orta məktəbdə dərs zamanı yanğın baş verdi
Bu gün səhər saatlarında Bakı şəhərindəki Aslan Muradov adına 84 nömrəli tam orta məktəbdə yanğın baş verib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA TV-yə verilən xəbərə görə, yanğın məktəbin ikinci mərtəbəsində olub.
Əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Məktəbin müəllim və şagird heyəti təxliyə olunub. Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.
Bu gün məktəbdə dərslərin distant qaydada davam etdirilməsi nəzərdə tutulur.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu