Ot sahəsinə baxmağa gedən kişi bir gün sonra arxda ölü tapıldı

# 15:44
4 aprel 2023

Ötən gün itkin düşən Lerik sakininin, bu gün səhər meyiti tapılıb.

Rayonunun Almu kənd sakini 28 yaşlı Ümid Əliməmməd oğlu Hüseynov ötən gün  səhər saatlarında evdən çıxıb, onlara məxsus ot sahəsinə baxmağa gedib. Bundan  sonra  o evə qayıtmayıb. Saat 14 radələrində atası oğlunun telefonuna bir neçə dəfə zəng edib. Telefona cavab verən olmayıb. Narahat olan ata oğlunun axtarışlarına başlayıb. Axtarışların nəticəsiz olduğunu görüb, 102 xidmətinə polisə məlumat verib. Axtarışlar gecə saatlarına kimi davam edib. Bu gün səhər saat 8 radələrində ailəyə məxsus  paybəlli torpağın yanında dərədə, kiçik su arxında Ümid Hüseynovun meyiti aşkar olunub.

Ehtimal olunur ki, mərhum dərədəki su arxına düşərək boğulub.

Meyit daxili və xarici müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, mərhum evli olub və bir uşaq atası idi.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

 

 

İlkin Rzayev

Rövşən Almazoğlu

APA TV Lerik

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR