Övladımla bağlı arzularımı reallaşdıracağam - 44 yaşlı Sübhanın yeganə istəyi…

# 19:32
17 yanvar 2022

2 aydır ki, əzablı ağrılarla xəstə yatağında qovrulur 44 yaşlı Sübhan Mütəllimzadə. Onkoloji xəstə olmasına baxmayaraq, ümidlidir. “Sağalan kimi övladımla bağlı bütün arzularımı reallaşdıracağam” - deyir. Sadəcə hər kəsin imkanı çatacaq qədər ona yardım etməyini istəyir Sübhan: “İmkanlı şəxslərdən və həkimlərimizdən yardım istəyirəm. Ağrılarım çoxdur, onkoloji xəstə olduğum üçün 2 il əvvəl əməliyyat olunmuşam. Amma yenidən şiş əmələ gəlib.Yaşamaq istəyirəm”.

 

Sübhan ötən ilin iyun ayının 10-da mədəsindən əməliyyat olunub. Son iki ayda vəziyyəti ağırlaşıb. Müalicə üçün təyin olunan dərmanlarının gündəlik pulu isə 30 manat tutur. “Müalicə ardıcıl şəkildə davam edərsə, xəstənin tam sağalma şansı var” deyir həkimlər. Nəzərə alsaq ki, gündəlik 30 manat xərc aylıq 900 manat edir. Lakin ailənin sosial vəziyyəti aşağı olduğundan Sübhanın müalicəsini davam etdirmək onların imkanı xaricindədir.

 

Sübhan sağlamlığına qovuşması üçün bütün yardımsevər şəxslərdən kömək istəyir. İndi onun ən böyük arzusu gözünün ağı-qarası olan tək övladının toyunu görməkdir. Maddi olaraq yanında ola bilsək, Sübhanın bu arzusu bəlkə də reallaşa.

Sübhana kömək etmək istəyən şəxslər 050-763-76-79  nömrəsi ilə əlaqə saxlaya bilərlər.

 

AYTƏN SAKİTQIZI

XƏYAL İSKƏNDƏROV

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR