Övladları müharibədən sağ qayıtdı, yol qırağında çörək bişirməyə başladı
Yeganə Abdullayeva Şabranın Xəlfələr kənd sakinidir. Onun 3 övladı var. İki oğlu Vətən müharibəsində iştirak edib. Onlardan biri könüllü olaraq ordu sıralarına qoşulub, digəri isə hərbçi kimi döyüşlərdə iştirak edib. Ana müharibənin Azərbaycanın qələbəsi ilə bitməsi, övladlarının sağ-salamat qayıtması üçün dua edib. O əhd edib ki, arzusu reallaşsa bişirdiyi çörəkdən kim istəsə təmənnasız verəcək.
Ailənin başçısı Abdulla Abdullayev də Birinci Qarabağ müharibəsinin iştirakçısı olub.
Ailənin iki oğlu Vətən müharibəsində iştirak edib. Onlardan biri Xocavənd uğrunda gedən döyüşlərdə yaralanıb. İndi Yeganə ananın tək arzusu qazi oğlunun ixtisasına uyğun işlə təmin olunmasıdır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu