Oyuncaq mağazasına qaçan azyaşlının faciəvi sonu

# 15:39
13 iyun 2022

Lənkəranda 5 yaşlı uşağı avtomobil vuraraq öldürüb.

 

APA TV-nin cənub bürosu xəbər verir ki, hadisə rayonun Vilvan kəndində baş verib. Kənd sakini, 2017-ci il təvəllüdlü Sənan Zaur oğlu Hüseynov babası ilə piyada gəzərkən, yolun qarşı tərəfində yerləşən oyuncaq mağazasına qaçıb. İlqar Hüseynov idarə etdiyi "Nissan" markalı avtomobillə həmin ərazidən keçərkən qəflətən qabağına çıxan uşağı vurub. Nəticədə baş nahiyəsindən ciddi xəsarət alan azyaşlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Uşağın həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Tural Kərimov

Rövşən Əzimov

APA TV, Lənkəran

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR