Öz vəsiyyəti ilə başqasının qəbrinə dəfn edilənlər – bir qəbirə iki nəfəri dəfn etmək olarmı?

# 11:46
27 may 2022

Bir qəbirin içində iki nəfərin dəfn edilməsi bəlkə də sizin üçün qəribə səslənə bilər. Amma bu Lənkəranda tez-tez qarşılaşa biləcəyiniz hadisədir.

APA TV-nin yerli bürosunun xəbərinə görə, Lənkəran sakinləri yalnız el adəti ilə yox, həm də dinin qanunlarına uyğun olaraq bu cür dəfnlər həyata keçirir. 20 ildən çoxdur qəbirqazan kimi çalışan Burhan kişi deyir ki, övlad valideynlərinin, baba və nənələrinin məzarında torpağa tapşırıla bilər. Onun sözlərinə görə, hətta bir qəbirdə 3, ya 4 nəfəri basdırdığı vaxtlar olub. Bu tip dəfnlər isə şəriət qaydaları əsasında baş verir. 

Bu yaxınlarda Lənkəranda dəfn olunan tanınmış jurnalist Qadir İbrahimli vəsiyyətinə uyğun olaraq anasının qəbrində torpağa tapşırıldı. 25 ildir ki, el mərasimlərində iştirak edən Hacı Fəxrinin sözlərinə görə, təcrübəsində həm övladı valideynlərin qəbrinə qoymaqla rastlaşıb, həm də cavan ikən vəfat etmiş övladın qəbrində valideynlərinin dəfn edilməsi ilə qarşılaşıb. Ölənin vəsiyyətinə şəriət qaydaları icazə verdiyi şəkildə əməl etmək mümkündür və meyit dəfn olunandan illər sonra ona məhrəm olan ikinci bir insanın vəsiyyətinə uyğun olaraq orada basdırılması dinimizlə heç bir ziddiyyət təşkil etmir.

Bəs eyni vaxtda vəfat edənlərin qəbirə bir qoyulması nə dərəcədə düzgündür?

Ölümdən başqa hər şeyə çarə var. Allah heç bir valideyni övlad dağı ilə sınamasın. Sevdiklərinizlə uzun və sağlam ömür diləyi ilə…

Tural Kərimov, Rövşən Əzimov, APA TV, Lənkəran.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR