Özünü öldürən məktəblini xilas etmək istəyən GÖMRÜKÇÜ HADİSƏSƏN DANIŞDI

# 12:12
13 may 2022

Bakıda intihar edən məktəbli qızı xilas etməyə çalışan gömrük əməkdaşı Zahid Niyazov xəstəxanadan evə buraxılıb.

 

APA TV Lent.az-a istinadən xəbər verir ki, bu barədə o. özünün sosial şəbəkə hesabında bildirib. Zahid Niyazov xəstəxanada müalicə alarkən ona dəstək olan Dövlət Gömrük Komitəsinin rəhbərliyinə və şəxsi heyətə təşəkkür edib:

“Allahın salamı olsun hər kəsə. Məlum hadisə ilə bağlı bildirmək istəyirəm ki, səhhətim, şükür Allaha, yaxşıdır. Artıq ev şəraitində müalicəmi davam etdirirəm. Çəkdiyim ağrı-acıya görə peşman deyiləm. Əfsuslar olsun ki, 17 yaşlı Xumar balanı xilas edə bilmədim. Buna görə çox üzülürəm və məyus oluram. Xumar balanın valideynlərinə başsağlığı verirəm, Allahdan o gözəl balamıza rəhmət diləyirəm. Məkanı cənnət olsun”.

 

Qeyd edək ki, mayın 3-ü paytaxtın Xətai rayonunda 17 yaşlı Xumar Babayeva yaşadıqları binanın 7-ci mərtəbəsindən özünü ataraq intihar edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR