Özünü polis kimi təqdim edərək sosial şəbəkələrdə insanlardan pul tələb etdi – TUTULDU

# 13:32
4 may 2021

Daxili İşlər Nazirliyinin (DİN) “Instagram” sosial şəbəkəsindəki rəsmi səhifəsinə (polisazerbaycan) müraciət edən bir nəfər qadın özünü sosial şəbəkədə polis kimi təqdim edən şəxslə tanış olduğunu daha sonra həmin şəxsin ona hədə-qorxu gələrək pul tələb etdiyini bildirib.

 

DİN-in  mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Elmir Sultanov saxlanılıb.  Onun yaşadığı evə və idarə etdiyi avtomobilə baxış zamanı polis mayoru xüsusi rütbəsi olan paltarlar, polis əməkdaşı görüntüsü yaratmaq üçün əldə etdiyi suvenir qandal, polis şevronları və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb. 

 

İstintaq tədbirləri zamanı müəyyən edilib ki, Elmir Sultanov bir neçə il əvvəl də eyni əməli törətdiyinə görə, məhkum olunub. Bu dəfə də onun barəsində cinayət işi başlanılıb. İstintaq və əməliyyat tədbirləri davam etdirilir. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR