Özünü və övladlarını binadan atan qadın məhkəmə qarşısında
Ötən il özü və övladlarını binadan intihar məqsədilə atan qadına qəsdən adam öldürmə ittihamı verilib.
APA-nın məlumatına görə, hadisə ötən il Yeni Yasamal yaşayış kompleksində baş verib. 1997-ci il təvəllüdlü Aytən Abbasova, övladları Sara və Sofiya Abbasova ilə birlikdə intihar məqsədilə 5-ci mərtəbədən atılıblar.
Nəticədə 3 yaşlı Sara Abbasova dünyasını dəyişib, ana və digər qızı isə xəstəxanaya yerləşdirilib.
İlkin olaraq faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
İstintaqın gedişində Aytən Abbasova barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham verilib.
Hazırda cinayət işi üzrə aparılan ibtidai istintaq başa çatdırılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Novruz Kərimovun icraatına verilib.
DİGƏR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub