P. Schirach: “Süni zəkanı kim redaktə edir?”

# 18:18
22 iyul 2023

"Şuşada "4-cü sənaye inqilabı dövründə yeni media" adlı qlobal media forumu öz işinə başlayıb. Forumda 50 ölkədəki 120 media subyektindən 250-dən çox nümayəndə iştirak edir". Açılış mərasimindən sonra forum sessiyalarla davam edib. Birinci sessiyada medianın gələcəyi, rəqəmsal dövrdə jurnalistika, kommunikasiyada yeni alətlər kimi mövzular panel müzakirəsinə çıxarılıb. Amerikan jurnalist, televiziya, sənədli film, podkast və debat prodüseri Dana Volf deyib ki, media sahəsində yeniliklərə, dəyişiliklərə adaptasiya olmaq, onları izləmək vacibdir. O qeyd edib ki, medialar indi dünyanın müxtəlif nöqtələrində öz büro departamentlərini bağlayırlar. Bunun səbəbi həm maliyyə, həm də rəqəmsallaşma ilə bağlıdır. Vaşinqtondan gələn Qlobal Siyasət İnstitutunun prezidenti Professor Paolo von Schirach çıxışında deyib ki, yeni texnologiyalar medianın transformasiyana gətirib çıxarır. Auditoriyanın əsasən qərəzli informasiyaya maraq göstərdiyini vurğulayan professor süni zəkanın media üçün təhdidlərindən də narahat olduğunu bildirib. "Süni zəkanı kim redaktə edir, o auditoriyanın maraqlarını, narahatlıqlarını, öyrənmək istədiklərini necə müəyyən edir?! Bütün bunlar məni düşündürür". Növbəti sessiyada mediada investisiya və istehlak tendensiyaları mövzuları müzakirə olunub. Panel müzakirəsində auditoriyanın sualları da cavablandırılıb. Bundan başqa, forum çərçivəsində media qurumları arasında əməkdaşlığa dair sənədlərin imzalanması mərasimi də baş tutub. Qeyd edək ki, Şuşa Qlobal Media Forumu 23 iyulda başa çatacaq. ORXAN ASLAN KAMRAN NAMAZOV APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR