“Paqonları sökülən” generallar kimdir?
Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin iki generalını rütbələrindən məhrum edib.
APA TV xəbər verir ki, o, bu barədə Teleqramda məlumat verib.
Məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin Daxili Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəisi Andrey Naumov və Xerson vilayəti üzrə Silahlı Qüvvələrin keçmiş rəisi Sergey Krivoruçko rütbələrini itiriblər.
Vladimir Zelenski onları anti-qəhrəman və satqın adlandırıb:
“Mənim indi bütün xainlərlə məşğul olmağa vaxtım yoxdur, amma deyə bilərəm ki, tədricən onların hamısı cəzalandırılacaq”.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib