Parka getmək adı ilə evdən çıxan 15 yaşlı qız İTKİN DÜŞDÜ
Bakıda yeniyetmə qız itkin düşüb.
APA TV Lent.az-a istinadən xəbər verir ki, 15 yaşlı Xanım Bayramova iyunun 16-sı saat 11 radələrində "Dədə Qorqud" parkına getmək adı ilə yaşadığı Nərimanov rayonu Bakıxanov küçəsindəki evdən çıxıb. Bundan sonra onunla əlaqə kəsilib.
Bu barədə onun anası Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə müraciətində bildirib.
Daxil olan müraciətlə bağlı araşdırmalara başlanılıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu