“Parkovşik”i döyən qadınla bağlı RƏSMİ AÇIQLAMA
Sumqayıtda parklanma xidməti əməkdaşına hücum edən qadın polis tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, həmin qadının şəxsiyyəti müəyyənləşdirilib və o, polis əməkdaşları tərəfindən ərazi üzrə Polis Bölməsinə gətirilib. Həmin qadın barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə tədbir görülüb.
Xatırladaq ki, daha əvvəl sosial şəbəkələrdə maşından düşən bir qadın sürücünün "parkovşik"ə təpiklə vurduğunu əks etdirən görüntülər yayılmışdı.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu