Parlamentdə qaz limitlərinin vaxtında sıfırlanması məsələsi gündəmə gətirilib
Milli Məclisdə qaz limitlərinin vaxtında sıfırlanması məsələsi gündəmə gətirilib.
Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib ki, 2022-ci il sona çatır və 2023-cü ilin əvvəlində qaz limitləri yenidən sıfırlanacaq.
Deputat xatırladıb ki, 2022-ci ildə qaz limitlərinin sıfırlanması 10 gün yubandı: “Daha məqsədəuyğun olardı ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən limitlərin sıfırlanması vaxtında həyata keçirilsin, problem olmasın. Çünki bütün hallarda ilin sonuna doğru insanlar qaza görə daha yüksək limitlərlə ödəniş edir və limitlərin sıfırlanması yubandığı halda onlar yeni ildə də mavi qazdan istifadəyə daha yüksək ödəniş etməli olurlar”.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu