Parlamentdə “Şəhid anası” medalının təsis edilməsi məsələsinə baxılması təklif edilib
“Sovet hökuməti vaxtı müxtəlif adlar var idi, Sovet İttifaqı Qəhrəmanı və s. Bir də “Qəhrəman ana” ordeni var idi ki, bunu 10 uşağı olan analara verirdilər”.
APA TV-nin xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.
Deputat bildirib ki, bu məsələni Çingiz Abdullayev gündəmə gətirib: “Yazıçı “Şəhid anası” medalının təsis edilməsi məsələsini qaldırıb. Əvvəllər “Qəhrəman ana” ordeni olan analara müəyyən güzəştlər tətbiq olunurdu. Bu təklif çox maraqlıdır. Mən də təklif edirəm ki, “Şəhid anası” medalının təsis edilməsi məsələsinə Milli Məclisdə baxaq”.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik