Parlamentdə Xankəndi şəhərinin və Kərkicahanın işğalından danışıldı

# 12:58
27 dekabr 2022

Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Tural Gəncəliyev Kərkicahanda ermənilərin azərbaycanlılara qarşı qırğın törətməsindən danışıb.

 

 

Deputat Tural Gəncəliyev deyib ki, sabah Xankəndi şəhərinin və Kərkicahanın işğalı ildönümüdür: “Biz əlbəttə, ərazi bütövlüyümüzü bərpa etdik. Amma bu tarixləri unutmamalıyıq. Azərbaycanlıların son dayaq nöqtəsi olan Kərkicahanda ermənilər azərbaycanlılara qarşı qırğın törədib. Kərkicahan ermənilərin Şuşaya tərəf gələrək Şuşanı işğal etməsi planını gecikdirdi. Ümumilikdə Xankəndidən 100-dən çox insan I Qarabağ müharibəsində şəhid olub, Kərkicahandan 34 nəfər şəhid var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR