Parlamentin komitə sədri Şuşa səfərindən danışdı
“Şuşada Azərbaycan-Türkiyə Gürcüstan parlamentinin xarici əlaqələr komitələrinin iclası çox əhəmiyyətli idi”.
APA TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
Deputat bildirib ki, Gürcüstan nümayəndə heyətinin üzvləri də bizim əldə etdiyimiz qələbənin arzusunda idilər: “Gürcüstan nümayəndə heyəti Şuşada qələbə arzularından danışdı. Onlar deyirdi ki, biz də istəyirik torpaqlarımız işğaldan azad edilsin, bu anı görmək istəyirik. Növbəti iclas Gürcüstanda keçiriləcək".
SƏMƏD SEYİDOV – PARLAMENTİN KOMİTƏ SƏDRİ
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
İlham Əliyev və Mehriban Əliyeva Ümummilli Liderimizin abidəsini ziyarət ediblər
Prezident TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib