Partlayış baş verən zavodun yaxınlığında yaşayan sakinlər danışdı: bu ilk deyil
Sumqayıtda zavodda ölümlə nəticələnən partlayış baş verib.
APA TV-nin məlumatına görə, hadisə "Tuq zavod" yaşayış massivində metaləritmə zavodunda qeydə alınıb. Qaz balonu partlaması nəticəsində orada qaynaqçı işləyən 1990-cı il təvəllüdlü Sərxan Hümmətov xəsarət alıb. Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan qaynaqçı xəstəxanada ölüb.
APA TV olaraq üz tutduq hadisə. İnsan ölümü ilə nəticələnən partlayış baş verən zavodda iş davam etsə də mühafizəçi bizi zavoda buraxmadı. Biz də fürsətdən istifadə qonşularla danışdıq. Yaxınlıqda yaşayan sakinlər partlayışın çox güclü olduğunu.
Sakinlər bildirdilər ki, ilk belə hal deyil. Sözügedən zavodda bir neçə dəfə bu tipli partlayış səsləri eşidilib. Hətta bu hadisəyə kimi xəsarət alanlar da olub.
Bir müddət sonra Zavodun sex rəisi Əzizağa Amanovla danışa bildik. O isə dedi ki, partlayış ehtiyatsızlıqdan olub.
Qeyd edək ki, faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
RAMİL ZEYNALLI
ƏLİ ƏLİYEV
APA TV
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?