Partlayış baş verən zavodun yaxınlığında yaşayan sakinlər danışdı: bu ilk deyil

# 17:23
5 may 2022

Sumqayıtda zavodda ölümlə nəticələnən partlayış baş verib.

 

APA TV-nin məlumatına görə, hadisə "Tuq zavod" yaşayış massivində metaləritmə  zavodunda qeydə alınıb. Qaz balonu partlaması nəticəsində orada qaynaqçı işləyən 1990-cı il təvəllüdlü Sərxan Hümmətov xəsarət alıb.  Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan qaynaqçı xəstəxanada ölüb.

 

APA TV olaraq üz tutduq hadisə. İnsan ölümü ilə nəticələnən partlayış baş verən zavodda iş davam etsə də mühafizəçi bizi zavoda buraxmadı. Biz də fürsətdən istifadə qonşularla danışdıq. Yaxınlıqda yaşayan sakinlər partlayışın çox güclü olduğunu.

 

Sakinlər bildirdilər ki, ilk belə hal deyil. Sözügedən zavodda bir neçə dəfə bu tipli partlayış səsləri eşidilib. Hətta bu hadisəyə kimi xəsarət alanlar da olub.

 

 

Bir müddət sonra Zavodun sex rəisi Əzizağa Amanovla danışa bildik. O isə dedi ki, partlayış ehtiyatsızlıqdan olub.

 

 

Qeyd edək ki, faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

 

RAMİL ZEYNALLI

ƏLİ ƏLİYEV

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR