​​​​​​​Paşinyan dövlətə xəyanətlə bağlı dindirildi

# 18:39
18 aprel 2023

Ermənistanın Baş naziri Nikol Paşinyan dövlətə xəyanət faktları ilə bağlı dindirilib.

APA məlumat yayıb ki, bu barədə Paşinyan parlamentdə hökumətin 2022-ci il üçün proqramının icrası ilə bağlı hesabatın müzakirəsi zamanı çıxışında bildirib.

“Bəli, məni hərtərəfli şəkildə dindiriblər və nə qədər lazımdırsa, məni də o qədər dindirəcəklər", - Paşinyan təsdiqləyib.

O həmçinin müxalifət deputatlarını 44 günlük müharibənin şəraitini araşdırmaq üçün komissiyanın iclaslarında iştirak etməyə çağırıb:

“Sizə müraciət edirəm: gəlin məni komissiyada dindirin”, - Paşinyan qeyd edib.

Xatırladaq ki, Paşinyan bir müddət öncə bildirmişdi ki, istintaq orqanı tərəfindən 53 nəfər dövlətə xəyanətdə ittiham olunur və onların əksəriyyəti hərbçilərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR